26 yanvarda İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib. Sosial şəbəkələrdə uzun müddət danışılacaq təkliflərlə çıxış edən prezident hansı sözlərdən daha çox istifadə edib? Beləliklə, prezident çıxışında 10209 sözdən istifadə edib. İlk sırada “biz” sözüdür. Prezident bu sözdən 118 dəfə istifadə edib.
İkinci yerdə “Azərbaycan” sözüdür – 91 dəfə.
Üçüncü pilləni isə “inkişaf” sözü tutur. İlham Əliyev bu sözdən 50 dəfə istifadə edib.
Ən çox işlətdiyi sözlər sırasında “qaz”, “sahibkar”, “xalq”, “dünya”, “sosial” sözləri olsa da, “prezident” sözünü 4 dəfə işlədib.
İlham Əliyevin heç işlətmədiyi sözlər sırasında “həbs”, “müxalifət”, “azadlıq” olsa da, “iqtidar” sözünü də cəmi 1 dəfə işlədib.
“Xalq” sözünü 29 dəfə işlədən prezident “bu gün” sözündən 18 dəfə istifadə edib.
İqtisadi məsələlərdən danışarkən “manat” və “dollar” sözlərinin istifadəsi manatın xeyrinə olub. “Korrupsiya” sözü də kənarda qalan sözlərdəndir. 4 dəfə eşidilən bu söz “parlament” və “demokratiya” sözlərini geridə qoyub. Demokratiya – 2, parlament – 2.
“Neft” 17, “enerji” 4, “Avropa” isə 10 dəfə eşidilib. Prezidentin çıxışında daha çox Avropa ölkələrinə aid edilən “böhran” sözü də az eşidilən sözlər sırasına daxildir – 9 dəfə.