Bu insanların sözlərinə görə onları Prezident Administriyasiyasına gətirən səbəb əmək haqlarının mənimsənilməsidir.
Uzun illərdir Dəmiryol idarəsində çalışan bu insanlar ezamiyyət pullarını, əmək haqlarını tələb edirlər.
Prezident Administriyasiyasından onları özünü Əli Əsədovun müavini kimi təqdim edən şəxs qəbul etsə də, şikayətçilərə qaneedici cavab verməyib.
Vətəndaş kimi səslərinin eşidilmədiyini deyən dəmiryolçular Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənəhova teleqram vurublar.
Həmin teleqramda bildiriblər ki, ailə üzvləri ilə bir yerdə 187 nəfər seçkilərdə iştirak etməyəcəklər.