Təkcə Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat nəzərdə tutulub
Azərbaycan prezidenti İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat, Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min manat və Azərbaycanın Alban-Udi Xristian dini icmasına 100 min manat ayrılıb.