”Prezident başımıza gətirilənlərdən xəbərsizdir”


MTN rəhbərliyindən şikayətçilər var

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyindən şikayətçi bir qrup şəxs aksiya keçirib. Qollarını zəncirləyən şikayətçilər Dövlət İdarəçilik Akademiyasının yanındakı parka toplanaraq təzyiqlərə məruz qaldıqlarını söyləyiblər.

Realnewsinfo.com yazır ki, şikayətçilər insan və mülkiyyət hüquqlarının pozulduğunu, ailə üzvlərinin şərlənərək həbs edildiyini iddia ediblər:

“Prezident MTN rəhbərliyinin başımıza gətirdiklərindən xəbərsizdir. Aksiyanın məqsədi onu xəbərdar etməkdir. Hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etmişik. Nəticəsizdir. Qanunu tapdalayan vəzifəli şəxslər və onların himayədarlarının məsuliyyətə cəlb olunmasını istəyirik”.

Vəziyyətdən çıxış yolunu prezidentə müraciət etməkdə görən şikayətçilər Prezident Administrasiyasının qarşısına yürüş ediblər.

Ana səhifəVideo”Prezident başımıza gətirilənlərdən xəbərsizdir”