Robert Sekuta fəaliyyəti dövründə ikitərəfli münasibətləri uğurla inkişaf etdirəcəyinə söz verib
Səfir Robert Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçib. Robert Sekuta etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
“Trend”in məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi qeyd olunub. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Səfir Robert Sekutanın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan – ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.