Polşa Belarusla sərhəddə tank əleyhinə “kirpi”lər quraşdırır

Polşa ilə Belarus sərhədi/twitter.com/mblaszczak

Müdafiə naziri: “Bu, müdafiə və çəkindirmə strategiyamızın bir hissəsidir”

“Euroradio”nun xəbəri

Polşa Belarusla sərhədi tank əleyhinə “kirpi”lərlə möhkəmləndirməyə başlayıb. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak “Twitter”də yazıb və foto paylaşıb.

“Bu, müdafiə və çəkindirmə strategiyamızın bir hissəsidir”, – o deyib.

Bundan əvvəl Polşa Belarusla sərhəddə beş metrlik hasar çəkib və Rusiya ilə sərhəddə tikanlı məftillər çəkməyə başlayıb.

Ana səhifəSiyasətPolşa Belarusla sərhəddə tank əleyhinə “kirpi”lər quraşdırır