İlqar Rzayev həyətində narkotik mənşəli bitki yetişdirməkdə təqsirli bilinir
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik xassəli bitkilərin kultivasiyasında (becərilmə) təqsirləndirilən polis mayoru İlqar Rzayevin məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Məhkəmə baxışı sentyabrın 28-nə təyin edilib.
İttihama görə, İ. Rzayev Xəzər rayonu, Qala qəsəbəsində özünə məxsus bağ evinin həyətyanı sahəsində 50 ədəd narkotik təbiətli çətənə bitkisini qanunsuz olaraq yetişdirib. O, Nəqliyyatda Baş Polis İdarəsində işləyib. Rütbəsi mayor olan İ. Rzayev tutulmamışdan bir müddət əvvəl təqaüdə çıxıb.
Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.