“Polis “iş günü deyil” deyib, cinayəti araşdırmır”

“Polisə müraciət etdim, polis dedi, ərizəni yaz qoy, özümüz çağırarıq”

Source: Specify Source


Mingəçevir sakini iddia edir ki, son 5 gündə iki dəfə hücuma məruz qalıb, polis məsələni araşdırmır

“Dünən vurub burnumu sındırıblar, polisə müraciət etmişəm, deyirlər, iş günü deyil, ərizəni yaz qoy, iş günü olanda özümüz çağırarıq. Təcili yardıma müracirət etdim, orda da eyni sözü eşitdim”.

Mingəçevir sakini Nadir Əliyev Meydan TV-yə danışır ki, son 5 gün ərzində müxtəlif vaxtlarda iki dəfə ayrı-ayrı adamlar tərəfindən döyülüb. Hər ikisində polisə müraciət etsə də, şikayəti qəbul edilməyib.


“Burnum sındırılıb, həyatım təhlükədədir”

“Birinci dəfə martın 22-də tanımadığım adamlar Mingəçevirdəki Şəhidlər Xiyabanının yaxınlığında məni çevrəyə alıb döydülər. Polisə müraciət etdim, polis dedi, ərizəni yaz qoy, özümüz çağırarıq. İkinci dəfə martın 26-da tanıdığım və narkotik istifadəçisi olan şəxs tərəfindən hücuma məruz qaldım, burnum sındırıldı. Yenə polisə müraciət etdim, dedilər, iş günü deyil. Belə çıxır ki, vətəndaş vətəndaşı vurub öldürsə, polis “iş günü deyil” deyib, cinayəti araşdırmayacaq. Məni bu hala salan adam cəzasızlıqdan istifadə edib, sabah yenə mənə hücum edə, hətta öldürə bilər. Bu vəziyyət Mingəçevirdə əməlli-başlı dərəbəyliyə səbəb olacaq”.

image_from_ios (1).jpg
Diaqnoz sənədi


“Gücləndirilmiş iş rejimində işləyirik”

Mingəçevir Şəhər Polis Şöbəsindən isə bildirilib ki, vətəndaş tərəfindən deyilənlərin əsası yoxdur. Martın 20-dən polis gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlar tərəfindən şöbəyə daxil olan şikayət ərizələri də həmişəki qaydada və qanuna müvafiq şəkildə araşdırılır.

Ana səhifəBölgə“Polis “iş günü deyil” deyib, cinayəti araşdırmır”