Nazirlik təhsil işçilərini sanitar-gigiyenik normalara əməl etməyə çağırır
“Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək”.
Təhsil Nazirliyinin məlumatında belə
deyilir
.
Bildirilir ki, yeni dərs ilində ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin vaksinasiyası ilə bağlıdır. Bu ilin yanvarından COVID-19 əleyhinə vaksinasiyasına başlayan təhsil işçilərinin 80 faizindən çoxu bu prosesdən keçib.
“Yeni dərs ili başlayanadək təhsil işçilərinin vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidir”, – məlumatda bildirilir.
Vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidir.
Nazirlik təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırır.