Pərviz Həşimli əfv üçün prezidentə müraciət edib

“Ailə başçımız həbsdə olduğu üçün həm maddi, həm də mənəvi durumumuz həddindən artıq ağırdır”

Source:


“Ailə başçımız həbsdə olduğu üçün həm maddi, həm də mənəvi durumumuz həddindən artıq ağırdır”

Həbsdə olan jurnalist Pərviz Həşimli əfv üçün prezident İlham Əliyevə müraciət edib. Bu barədə “Bizimyol.info”ya jurnalistin həyat yoldaşı İlahə Həşimli deyib. Xanım Həşimli bildirib ki, Pərvizlə yanaşı özü və qızı da prezidentə müraciət edir: “5 yaşlı qızımız Zeynəb atasız ciddi psixoloji travmalar keçirir. Bir neçə ay əvvəl qardaşım da qətlə yetirilib. Ailə başçımız həbsdə olduğu üçün həm maddi, həm də mənəvi durumumuz həddindən artıq ağırdır. İnanırıq ki, prezident Pərvizi əfv edəcək”.

Jurnalist Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ana səhifəXəbərlərPərviz Həşimli əfv üçün prezidentə müraciət edib