Pelosi Yerevana gedəcək

Nensi Pelosi. Mənbə: tvzvezda.ru

O, Ermənistandan dəvət aldığını deyib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gözlənilən səfərlə bağlı yayılan məlumatı təsdiqləyib.

Spikerin səfəri sentyabrın 17-də baş tutacaq.

Bu barədə N.Pelosi Berlində G7 ölkələrinin parlament rəhbərlərinin mətbuat konfransında deyib.

“Səyahət planlarım artıq açıqlanıb… Sabah Ermənistana gedəcəyəm”, – deyə spiker söyləyib.

Spiker əlavə edib ki, Ermənistandan dəvəti xeyli müddət əvvəl alıb.

Onunla birgə Nümayəndələr Palatasının Demokrat Partiyasının Kaliforniya ştatından üzvü Ceksi Spir də Yerevana gedəcək.

Ana səhifəDünyaPelosi Yerevana gedəcək