Çərşənbə günü səhərdən etibarən Pekindəki iki hava limanından 1,255 uçuş ləğv olunub
Çinin paytaxtı Pekində yeni koronavirus yoluxmalarından sonra şəhər daxilində tədbirlər gücləndirilib, – “Euronews” xəbər verir.
Bu çərçivədə Pekindəki iki hava limanından edilən ticarətlə bağlı uçuşların yüzdə 60-dan çoxu ləğv edilib. Uçuş ləğvləri həm şəhərə daxil olan, həm də gedənləri əhatə edir.
Hakim Çin Kommunist Partiyasının nəzarəti altında olan “Global Times” (GT) internet saytında qeyd edilən məlumata görə, çərşənbə günü səhərdən etibarən Pekindəki iki hava limanından 1,255 uçuş ləğv edilib.
GT-nin məlumatına görə, bu rəqəm gedən uçuşların 67 faizini, gələn uçuşların 68 faizini təşkil edir.
Çin Mülki Aviasiya Təşkilatından, Pekin Paytaxt Hava Limanından və Pekin Daxing Beynəlxalq Hava Limanından yeni qaydalar və ya ləğvlərlə bağlı heç bir açıqlama verilməyib.
Bununla birlikdə Pekin Capital-dan verilən açıqlamada gün ərzində cəmi 500 gediş və 7 gəlişin ediləcəyi qeyd edilib.