Pedro Aqramunt AŞ PA-nin Büro iclasına qatılmayıb

”O, artıq Assambleyanı təmsil edə bilməz”

Source:
Pedro Aqramunt foto APA


”O, artıq Assambleyanı təmsil edə bilməz”

Büro üzvlərinin onunla əlaqə saxlamaq cəhdləri də uğursuz olub.

Büronun iclasına sədrlik etmiş AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl cənab Aqramuntun istefasını da quruma təqdim etmədiyini deyib.

Bununla belə Rocer Geyl Büronun Pedro Aqramunta AŞPA sədri kimi etimad göstərməyəcəklərini deyib:

“O, artıq Assambleyanı təmsil edə bilməz”.

APA yazır ki, P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti hələlik məlum deyil. Belə davam edəcəyi təqdirdə, Nizamnamədə dəyişikliklər ediləcəyi gözlənilir.

P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Bu səfər və görüş AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramuna etimadsızlıq məsələsini qaldırıblar.

Ana səhifəXəbərlərPedro Aqramunt AŞ PA-nin Büro iclasına qatılmayıb