Paşinyan: “Qarabağda vəziyyətin gərginləşməsi ehtimalı yüksəkdir”

Nikol Paşinyan. Foto: Meydan TV

Ermənistanın Baş naziri beynəlxalq ictimaiyyətə müraciət edib

“Fevralın ortalarında biz sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərimizi Bakıya göndərdik. İki-üç gün əvvəl Azərbaycandan layihə ilə bağlı cavab aldıq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında bildirib.

Nikol Paşinyan müəyyən irəliləyişin olduğunu vurğulayıb:

Lakin eyni zamanda, fundamental problemlər də var”.

“Birincisi, biz görürük ki, Azərbaycan sülh və münasibətlərin bərqərar olması ilə bağlı mümkün razılaşma yolu ilə Ermənistana ərazi iddiaları irəli sürməyə çalışır. Bizim üçün bunlar qırmızı xətlərdir. Daha sonra görürük ki, bu mətnin təklifləri ilə Azərbaycan Dağlıq Qarabağda, o cümlədən Ermənistanın imzası ilə soyqırım və ya etnik təmizləmə aparmaq üçün mandat almağa çalışır. Bunlar da təbii ki, bizim üçün qırmızı xətlərdir”,-deyə Baş nazir əlavə edib.

Baş nazirin sözlərinə görə, hazırda Ermənistanın sərhədləri boyunca və Dağlıq Qarabağda eskalasiya təhlükəsi çox yüksəkdir:

Biz Azərbaycanın getdikcə aqressivləşən ritorikasından belə nəticə çıxarırıq. Başqa məlumatlar da var”.

Onun qənaətincə, beynəlxalq ictimaiyyət bəyan etməlidir ki, hazırda vəziyyətin gərginləşməsi ehtimalı yüksəkdir.

Dağlıq Qarabağdakı böhranı, bağlı Laçın dəhlizini, Bakının etnik təmizləməyə hazırlığını nəzərə alaraq, biz Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini zəruri hesab edirik”, – deyə Paşinyan bildirib.

Baş nazir Dağlıq Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında problemlərin olduğunu söyləyib.

O, martın 13-də Rusiya Prezidentinə bu barədə narahatlığını ifadə etdiyini vurğulayıb:

Ermənistan-Rusiya münasibətləri kontekstində isə bu problem ondan ibarətdir ki, Dağlıq Qarabağ sakinləri sülhməramlıların komandanlıq binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiya Azərbaycan tərəfindən sülhməramlıların məsuliyyət zonasında üç Dağlıq Qarabağ polisinin öldürülməsindən sonra baş verib. Mən bu narahatlığı Rusiya prezidentinə çatdırdım”.

Paşinyan deyib ki, KTMT istər-istəməz Ermənistanı tərk edir:

Bu, bizi narahat edir”.

Baş nazir əlavə edib ki, bu, Ermənistanın təhlükəsizliyini hansısa formada artırsa, Yerevan KTMT-nin Baş katibinin müavini vəzifəsinə razılıq verəcək.

Ermənistan martın 10-da KTMT Baş katibinin müavini kvotasından imtina edib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda deyib ki, Bakı Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlindən gələni etdi:

Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib”.

“Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq – ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır. Bu, güclə dəyişdirilə bilməz. Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik”, – deyə Əliyev əlavə edib.

Martın 5-də Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında atışma yaşanıb.

Nəticədə hər iki tərəfdən 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Tərəflə atəşkəsin pozulmasında bir-birlərini günahlandırıblar.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətPaşinyan: “Qarabağda vəziyyətin gərginləşməsi ehtimalı yüksəkdir”