Paşinyan: “Geniş müzakirə olmadan sənədin imzalanacağını istisna edirəm”

Ermənistanın baş naziri Nikol Paşinyan – Parliament.am

“Bunlar Artsaxın (Qarabağ) taleyinin xalqın arxasında həll oluna bilməyəcəyinə dəmir zəmanətdir”

Ermənistanın Baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağ“la müzakirə etmədən Azərbaycanla razılaşmaları istisna edib.

Bunu Baş nazir N.Paşinyan aprelin 22-də hökumətin iclasında deyib.

“Sadəcə olaraq, geniş ictimai müzakirə olmadan, o cümlədən, Artsaxda (Qarabağı ermənilər belə adlandırır-red.) müzakirə edilmədən, sənədin imzalanacağını istisna edirəm. Yalnız cəmiyyətin bütün təbəqələrində məsələ müzakirə olunmalıdır”.

“Bunlar Artsaxın (Qarabağ) taleyinin xalqın arxasında həll oluna bilməyəcəyinə dəmir zəmanətdir”, – Paşinyan belə söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında bildirib ki, danışıqları çox uzatmaq lazım deyil:

“Çünki məhz bu beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə də müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Biz bu təklifi irəli sürməklə bir daha xoş niyyətimizi, uzaqgörənlik göstəririk”.
İ.Əliyev Azərbaycanın məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrində olduğunu bildirib: “Hal-hazırda xarici işlər nazirləri, iki ölkənin nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır”.

Azərbaycan dövlət başçısının təqdim etdiyi 5 prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsindən ibarətdir.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəXəbərlərPaşinyan: “Geniş müzakirə olmadan sənədin imzalanacağını istisna edirəm”