Ermənistanın Baş naziri gələn ilin büdcə layihəsini parlamentə təqdim edib
Ermənistanın Baş naziri bölgədə sabit təhlükəsizlik mühitinin yaradılmasının zəruriliyi barədə danışıb.
“Ermənistan öz silahlı qüvvələrini təcüvüz üçün deyil, təcavüzdən müdafiə üçün inkişaf etdirəcək və bu məqsədlə orduda islahatlar aparacaq” – 2022-ci ilin büdcə layihəsini parlamentə təqdim edən Baş nazir Nikol Paşinyan bu barədə bəyan edib.
“Ermənistanın özgə əraziləri tutmaq kimi bir planı yoxdur. Təhlükəsizlik sisteminin inkişafı nöqteyi-nəzərindən isə təkcə ordunun müasirləşdirilməsi deyil, həm də əlverişli xarici mühitin formalaşdırılması, Ermənistan, Qarabağ və bölgədə sülh dövrünün başlaması üçün zəruri olan gündəmin ardıcıl gerçəkləşdirilməsi lazımdır”, – o əlavə edib.
Paşinyan bu məsələnin həllini düşmənçilik ab-havasının dəf edilməsində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ danışırlarının bərpa olunmasında, bölgədəki iqtisadi və infrastruktur kommunikasiyalarının açılmasında görür.
O hesab edir ki, kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatının mahiyyətini və strukturunu keyfiyyətcə dəyişəcək, iqtisadiyyatın uzunmüddətli inklüziv artımını təmin edəcək.
Paşinyan daha əvvəl bildirib ki, gələn il üçün büdcə layihəsində hərbi xərclər 11 faiz artırılaraq, 725 milyon dollara çatdırılacaq.