”Azerbaijan Fish Factory” MMC dövlət büdcəsinə 750 min manat (440,000 ABŞ dolları) köçürməyi öhdəsinə götürüb
Dövlət Əmlak Komitəsinin tender komissiyası “Azerbaijan Fish Factory” MMC-ni Neftçala rayonundakı S.Kərimov adına Nərə Balıqartırma Zavodunun özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinin qalibi elan edib.
Qurumun məlumatına görə, qalib şirkət müəssisəyə 3,079 mln manat investisiya qoyacaq. Əmtəəlik nərə balığı ilə yanaşı, onların yetişdirilməsi təşkil ediləcək. Zavodda 28 nəfər işləyəcək. Onlar ayda ən azı 300 manat (175 dollar) maaş alacaq.
“Azerbaijan Fish Factory” MMC dövlət büdcəsinə 750 min manat (440,000 ABŞ dolları) köçürməyi öhdəsinə götürüb.
Zavodun əmlakı
455 min manat qiymətləndirilib. Müəssisə 22 hektardan çox torpaq sahəsi tutur. Müəssisənin dəyərinin on beş faizi (68,250 manat) 42 işçiyə təklif olunub.
ƏMDK müsabiqənin digər iştirakçıları və onların təklifləri barədə məlumat vermir.
“Azerbaijan Fish Factory” MMC (əvvəlcə “Neftchala Fish Factory”adlanıb) 2017-ci ilin avqust ayında təsis edilib. Şirkət “Pasha Holding” şirkətlər qrupuna daxildir. Şirkətin direktoru Holdinqin investisiya bölməsinə rəhbərlik edən Nəriman Sərdarlıdır.