Partlayışda yaralanan hərbçilərin sayının çox olduğu bildirilir

Onlardan Amiddin Şahmalı oğlu Ağalarov və Samir Çingiz oğlu Salahov gətirilərkən keçiniblər.

Source: google.az


Hadisə nəticəsində 2 nəfərin öldüyü, 9 nəfərin yaralandığı haqda məlumatlar var

Ağstafa rayonundakı hərbi hissələrin birində baş verən partlayış nəticəsində yaralananların çox olduğu deyilir. Hadisə

iyulun 6-da

rayonun Qırlı kəndi ərazisində baş verib. Müdafiə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində iki hərbi qulluqçu – gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub, gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanıb.


“Criminal.az”

yaralıların sayının rəsmi məlumatda deyildiyindən çox olması haqda məlumat yayıb.

Saytın yazdığına görə, partlayış nəticəsində 9 hərbiçi yaralanıb. Ağstafa rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hadisə günü saat 8.50-də 11 nəfər gətirilib. Onlardan Amiddin Şahmalı oğlu Ağalarov və Samir Çingiz oğlu Salahov gətirilərkən keçiniblər.

Digər 9 yaralı isə ağır dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hospitala göndəriliblər.

Meydan TV saytın təqdim etdiyi siyahını araşdırıb və yazılanlar təsdiqini tapıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstəxanaya ümumilikdə 11 nəfər gətirilib, onlardan ikisi vəfat edib. Həlak olan hərbçilərdən biri, 1988-ci il təvəllüdlü Samir Salahov Ağstafa rayonunun Dağkəsəmən kəndindəndir.

Xəstəxananın növbətçi həkimi isə bu barədə danışmaq səlahiyyətinin olmadığını, gələn yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə və Bakı şəhərindəki hospitallara göndərildiyini deyib. Onun sözlərinə görə, hazırda xəstəxanada yaralı yoxdur.

Ağstafa Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiridi Ziyafət Cəlilova Meydan TV-yə deyib ki, ümumilikdə 11 nəfər gətirilib, 1 nəfər yolda keçinib, digər hərbçi isə xəstəxanada həyatını itirib.

Hadisənin baş verdiyi ərazinin – Qırlı kəndinin icra nümayəndəsi olayı təsdiqləsə də, ətraflı məlumat verməkdən çəkinib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsindən isə bildirdilər ki, onlarda yaralıların sayının 9 olduğu haqda məlumat var:

“Hadisə hərbi hissədə baş verib, bunun bizə nə aidiyyatı var? Biz yalnız onu bilirik ki, hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb”.

Hadisə nəticəsində yaralanan hərbçilər bunlardır:


  1. Abbasov Xəqani Məcnun oğlu, 1975 təvəllüd, Bakı, Suraxanı rayonu

  2. Bəhrəmov Abuzər İltifat oğlu, 1994 təvəllüd, Ağstafa, Qırılı kəndi

  3. Feyzullayev Rəşad Rafiq oğlu, 1992 təvəllüd, Bakı, Qaradağ rayonu

  4. Hacıməmmədov Fərhad Natiq oğlu, 1991 təvəllüd, Qəbələ rayonu

  5. Mürşüdov Ramin Fərman oğlu, 1989 təvəllüd, Bakı, Qaradağ rayonu

  6. Gülalıyev Taleh Rəhim oğlu, 1987 təvəllüd, Ağstafa, Korxəlfəli kəndi

  7. İbrahimli Mirismayıl Vaqif oğlu, 1994 təvəllüd, Tovuz, Aşağı Mülkülü kəndi

  8. Tağıyev Zəmanət Ənvər oğlu, 1996 təvəllüd, Tovuz, Azaflı kəndi.

  9. Məmmədov Nurlan Rəhim oğlu, 1989 təvəllüd, Qazax, Ağköynək kəndi

Nurlan Məmmədovun yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onun vəziyyəti daha ağır olduğundan Bakı hərbi hospitalına aparılıb.

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən APA-ya daxil olan məlumatda isə qeyd olunur ki, iyulun 6-da baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gedib. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Məlumatda qeyd olunur ki, hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Bildirilir ki, cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir.

Ana səhifəXəbərlərPartlayışda yaralanan hərbçilərin sayının çox olduğu bildirilir