Tank mərmisi atımı partlayıb, iki hərbçi həlak olub

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Foto: Müdafiə Nazirliyi


Daha bir hərbi qulluqçu ağır yaralanıb

İyulun 6-da iki Azərbarbaycan hərbçisi həlak olub, bir nəfər ağır yaralanıb.


Müdafiə Nazirliyi

nin yaydığı məlumata görə, hadisə səhər saatlarında hərbi hissələrdən birində baş verib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu – gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub.

Hadisə nəticəsində gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanıb.

Nazirlik faktla bağlı araşdırma aparıldığını deyir.

Ana səhifəXəbərlərTank mərmisi atımı partlayıb, iki hərbçi həlak olub