Partlayışda yaralanan hərbçi vəfat edib

Nurlan Məmmədov 8 gün komada qalandan sonra həyatını itirib

Source: Meydan TV

Ağstafa rayonundakı hərbi hissələrin birində baş verən partlayış nəticəsində yaralanan gizir Nurlan Rəhim oğlu Məmmədov vəfat edib. Bu barədə Meydan TV-yə yaxınları məlumat verib. Onların sözlərinə görə, hospitalda 8 gün koma vəziyyətində qalan gizirin həyatını xilas etmək mümkün olmayıb.

İyulun 13-də Nurlan Məmmədov doğulduğu Qazax rayonunun Ağköynək kəndində torpağa tapşırılıb. Ağstafa Tarix Diyarşünaslıq Muzeyinin “Facebook” səhifəsində hərbçinin dəfn mərasiminin fotogörüntüləri yayımlanıb.

Hadisə iyulun 6-da Ağstafa rayonunun Qırlı kəndi ərazisində baş verib. Müdafiə Nazirliyinin məlumatına görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış baş verib. İki hərbi qulluqçu – gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub, gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanıb. https://www.meydan.tv/az/article/partlayisda-yaralanan-herbcilerin-sayinin-cox-oldugu-bildirilir/?ref=search

Amma sonrada yaralıların sayının 9 olduğu məlum olub. Lakin bugünədək Müdafiə Nazirliyi digər yaralılar barədə məlumat verməyib.

Ana səhifəXəbərlərPartlayışda yaralanan hərbçi vəfat edib