Partlayış olan ərazidə təmizləmə işləri aparılıb

320 min kv.m əraziyə baxış olub

Source:


320 min kv.m əraziyə baxış olub

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar birgə təmizləmə işləri aparılıb.

Prosesdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyi (ANAMA), fövqəladə hallar və daxili işlər nazirlikləri iştirak edib.

İki gün ərzində 320 min kv.m (32 ha) əraziyə baxış keçirilib. 36 partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Avqustun 27-si Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində yanğın və partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Yaxınlıqda yaşayan əhali təhlükəsizlik məqsədilə köçürülüb. Daha sonra onlar evlərinə qaytarılıblar.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma – ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Ana səhifəXəbərlərPartlayış olan ərazidə təmizləmə işləri aparılıb