Partiyalar MSK-ya maliyyə hesabatlarını təqdim edib

Elman Fəttah: ”MSK əsassız yerə və siyasi rəy yaratmaq üçün belə bir məlumat yayıb”

Gözəl Bayramlı: ”Bizə məktub gəlib, yaxın günlərdə hesabat təqdim ediləcək”

Source:
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası


Elman Fəttah: ”MSK əsassız yerə və siyasi rəy yaratmaq üçün belə bir məlumat yayıb”


Gözəl Bayramlı: ”Bizə məktub gəlib, yaxın günlərdə hesabat təqdim ediləcək”

Səkkiz siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Siyahıda hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Kommunist Partiyası, Ədalət Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Müstəqil Azərbaycan Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının adı yer alıb.

Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir (


report.az


).

Siyahıda adı olmayan AXCP sədrinin müavini Gözəl Bayramlı Meydan TV-yə bildirib ki, onlara məktub təqdim edilib: “Hesabatın təqdim olunmasına hələ zamanımız var, yaxın günlərdə təqdim ediləcək”.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə MSK-nin yalnız aprelin 1-dən sonra bu barədə məlumat yaya biləcəyini deyib: “Maliyyə hesabatının təqdim etmə zamanı aprelin 1-nə qədərdir. MSK əsassız yerə və siyasi rəy yaratmaq üçün belə bir məlumat yayıb”.

O, martın 15-də hesabatı təqdim etdiklərini söylədi.

Ana səhifəXəbərlərPartiyalar MSK-ya maliyyə hesabatlarını təqdim edib