Partiya sədrinin qızının müəmmalı oğurluğu

Bu kadrlar  dekabrın 24-ü axşam saatlarında naməlum şəxslər tərəfindən oğurlanan şərti adı Rəvanə Balayeva olan qızın yaxınları tərəfindən lentə alınıb.  Rəvanə (ad şərtidir) hazırda həbsdə olan Şah İsmayıl Xətai adına Azərbaycan Demokrat Partiyasının sədri Babək Ədalətlinin qızıdır. Zərərçəkmişin qardaşı onun oğrulandığı günü belə xatırlayır:

Emil Ədalətli deyir ki, bacısına  təcavüz olunmayıb. Lakin müxtəlif bədən xəsarətləri yetirilib.  Onun sözlərinə görə, naməlum şəxslər maşında Rəvanəyə  elektroşok və iynələr vurublar. Nəticədə huşunu itirən qız ailəsinə  dəniz səsinə ayıldığını deyib:

Kameraya danışmaq   istəməyən  zərərçəkmiş deyir ki, o, yalnız Şıxov çimərliyi ərazisində dəniz kənarında  itlərini gəzdirməyə çıxaran  yaşlı bir  cütlüyün sayəsində hadisə yerindən qaça bilib. O, qaçaraq, özünü həmin ərazidə yerləşən “Ramada” hotelinin həyətinə çatdıra bilib.

“Ramada” hotelinin mühafizə xidmətinin üzünün görünməsini istəməyən rəisi  Meydan Tv-yə  hadisəni təsdiqləyib. Mühafizə xidmətinin məlumatına görə,  onlar təqib olunduğunu deyən zərərçəkmişə kömək edərək, polis və təcili yardım, həmçinin, onun ailəsini çağırıblar. Məkanın  əməkdaşı  onu da deyir ki, hadisə ilə bağlı  əllərində olan bütün video çəkilişləri istintaqa təqdim ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkmişi Musa Nağıyev adına xəstəxanaya gətirməyiblər.  Meydan Tv nazirlik sözçüsünə hadisə günü zərərçəkmişin xəstəxanaya yerləşdirilməsinə dair onun yaxınlarda video kadrların olduğunu bildirib. Mətbuat xidmətinin rəhbəri xəstəxana ilə yenidən əlaqə saxlayacağını desə də, sonradan Meydan Tv-nin sorğusuna cavab verməyib.

Hadisəni araşdıran Binəqədi rayon 7-ci polis bölməsinin müstəntiqi isə bildirir ki, hoteldən onlara video görüntü təqdim olunmayıb.

Müstəntiq hadisənin araşdırıldığını və araşdırma bitdikdən sonra açıqlama veriləcəyini deyir.

Ana səhifəVideoPartiya sədrinin qızının müəmmalı oğurluğu