Parlamentin yaz sessiyası başa çatdı

Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.

Source: Meydan TV


İyun ayında 3 nöbvədənkənar iclas keçirləcək

Milli Məclisin payız seesiyası başa çatıb. “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi və birinci oxunuşda səsverməsi keçirilən iclasın sonunda Azərbaycanın dövlət himni səsləndirilib. Spiker Oqtay Əsədov Milli Məclisinin yaz sessiyası başa çatdığını elan edib və bildirib ki, iyun ayında növbədənkənar iclaslar olacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. İyun ayı ərzində parlamentin növbədənkənar üç iclası keçirləcək.

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.

Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.

Ana səhifəXəbərlərParlamentin yaz sessiyası başa çatdı