“Parlamentdə oturanların hamısı monopolistdir” (VİDEO)

Novruz bayramı ilə bağlı Bakının 7 rayonunda yarmarkalar təşkil olunub. Kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında deyib ki, bazara çoxlu mal çıxarmaqla qiymətlərin aşağı düşməsinə nail olublar.  Nazir qiymətlərdən razıdır, bəs alıcılar necə?

Alıcı: “Mən nar almışam, kilosu təxminən 4 manatdır. Amma nar plantasiyaları saxlayan adamlar ki, onlar üçün şərait yaradılsa, bunu 2 manata almaq olar. Onlar öz məhsulların kənddə sata bilmirlər”.

Alıcı: “Vallah, bazarla eyni şeydir. Mən necə yalan danışım?! Od tutub yanır, hər şey bahadır. Ləpə, qoz, fındıq, alma bahadır. Nə ucuzdur ki ? Heç nə ucuz deyil. Biri alır, biri ala bilmir”.

Satıcı qadın qiymətlərin baha olduğunu etiraf edir. O deyir ki, bahalığa səbəb Gürcüstan-Azərbaycan sərhəddindən mal keçirərkən ondan dövlət rüsumundan artıq pul alınmasıdır.” 700 dollarla vurur qiymətini, amma deyirlər rüsum 400 dollardır. Yüz kilo mala deyir 70 dollar verməlisən. Biz də onu verə bilmirik. Gətirib burada da baha satırıq. Camaatda da pul yoxdur deyə ala bilmir. Nə qədər ucuz gətirsək, o qədər də ucuz sata bilərik burada”.

“Gənclik” metrosunun ətrafında təşkil olunan yarmarkada ərzaq məhsullarından əlavə yuyucu vasitələr də satışa çıxarılıb. Piştaxtaların bəzilərində qiymətlər vurulub, əksəriyyətində isə qiymətlər yoxdur.

Xətai rayonunda təşkil olunan yarmarkada alıcı danışır ki, nazir Heydər Əsədovun çıxışına baxıb, qiymətlərin düşdüyünü eşidincə yarmarkaya gəlib. Amma gördükləri çıxışdakı kimi deyil.

Gürcüstandan gələn satıcı qadınlar isə düşünür ki, gömrükdə onlardan əlavə pul almasalar, onlar da məhsulların ucuz satarlar.

Ana səhifəVideo“Parlamentdə oturanların hamısı monopolistdir” (VİDEO)