Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək
Prezident İlham Əliyev dekabrın 5-də V çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Məlumatı
“Azərtac”
yayıb.
Sərəncama əsasən V çağırış Milli Məclisi buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Növbədənkənar seçkilərə dövlət büdcəsindən 52 milyon manat vəsaitin ayrılacağı bildirilir.
Milli Məclis
də çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.
Dekabrın 4-də
Konstitusiya Məhkəməsi
prezidentin müraciətinə müsbət cavab verib.
Azərbaycanda sonuncu parlament seçkiləri 2015-ci ildə keçirilib. Rəsmi məlumata görə, hakim Yeni Azərbaycan Partiyası 125 yerdən 71-ni qazanıb, sonrakı yerləri VHP, BAXCP, AVP, MDHP, ADİP, BQP, VBP, ASDP, ASRP və ADMP qazanıblar.