Parkda yaşayan ailə

Qarabağ əlili Natiq Hacıyev 3 həftədən çoxdur ki, ailəsi ilə birlikdə Heydər Əliyev parkında qalır. Gəncədə yaşayan ailə sığınacaq üçün Bakıya üz tutub. Gündüzlər sığınacaqları bu park olsa da, axşam düşən kimi 7 nəfərlik ailə dəmiryolu vağzalında gecələyir. Natiq Hacıyev deyir ki, 110 manat prezident təqaüdü, 76 manat da pensiya alır. Bununla həm kirayə vermək, həm də yaşamaq mümkün deyil.

Hacıyev deyir ki, avqustun 7-də Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin qəbulunda olub. Ancaq bunun da heç bir faydası olmayıb.

Qarabağ əlilinin həyat yoldaşı Zemfira Bayramova isə deyir ki, uşaqlarla küçədə yaşamaq xeyli çətindir. Amma başqa çarələri yoxdur.

Gəncə İcra Hakimiyyəti Meydan TV-nin bununla bağlı sualını cavablandırmayıb.

Ana səhifəVideoParkda yaşayan ailə