”Palma ağacları korrupsiya üçün mənbədir”

Vahid Məhərrəmov: ”Belə ağaclar Azərbaycan kimi ölkələrdə uzunömürlü ola bilməzlər”

Source:


Vahid Məhərrəmov: ”Belə ağaclar Azərbaycan kimi ölkələrdə uzunömürlü ola bilməzlər”

Son illər Azərbaycan rayonlarında salınan parklarda palma ağaclarının sayı artıb. Konkret olaraq, Sumqayıt şəhərində yenilənən Heydər parkında və Sumqayıt bulvarında yüzlərlə belə ağaclar əkilib. Oxşar mənzərə başqa rayonlarda da yaradılıb.

İcra başçılarının xaricdən gətirələn bu ağaclara diqqətinin səbəbi və yerli iqlimə uyğun olub-olmaması barədə Meydan TV-nin sualına kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov cavab verib.

Mütəxəssis hesab edir ki, hər iqlim şəraitinə uyğun bitkilər, ağaclar, meyvələr yetişir, hətta heyvanlar da hər hansı iqlimdə yaşaya bilməz. Bu, təbiətin özünə xas olan əlamətlərdir:

“Məsələn, Azərbaycanda banan yetişdirmək mümkün olmur, Türkiyədə və digər ölkələrdə isə mümkündür. Doğrudan da, son illər Afrikadan palma və başqa ağaclar gətirib süni görüntü yaratmaq istəyi total şəkil alıb. Amma əslində bu ağaclar uzunömürlü olmur və müəyyən mərhələdən sonra problemlə üzləşirlər. Bu ağaclar Azərbaycanın iqlim şəraitinə dözmür, don vurur. Yerli iqlimin şaxtalı olması buna səbəb olur. Yaradılan xüsusi şərait isə əlavə xərc tələb edir. Təsəvvür edin, palma ağaclarının qiyməti, gətirilməsi, daşınması, saxlanılması, hamısı xərc tələb edir. Nəhayət, palma ağacları Azərbaycan kimi ölkələrdə uzunömürlü ola bilməzlər. Bir-iki qışdan sonra sıradan çıxır. Düşünürəm ki, palma ağacları korrupsiya üçün mənbədir. Əslində, bu ağacın nə ətraf mühitə, nə də insanlara heç bir faydası yoxdur”.

Vahid Məhərrəmov foto Meydan TV

Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda çoxlu sayda ağacı var ki, onlara əlavə xərc çəkib xüsusi şərait yaratmağa ehtiyac yoxdur:

“Bu ağacların kölgəsi də var, gözəlliyi də palma ağaclarından seçilir. Sadəcə, rayon rəhbərləri görməmiş kimi elə bilirlər ki, xalq palma görməyib və gətirib əkdirib xalqa zövq verirlər. Halbuki, elə bir zövqü də yoxdur. Bir daha deyirəm, Azərbaycanın yerli ağacları daha gözəldir, parklarda onlardan əkmək lazımdır, yerli iqlimə də cavab verir”.

Ana səhifəXəbərlər”Palma ağacları korrupsiya üçün mənbədir”