Pakistanlı ərindən ayrılan qadın kömək istəyir

Pakistanlı ərindən ayrılan qadın kömək istəyir

Gülnar Hussain Pakistan vətəndaşı ilə evlidir. Onların 1 övladı var. Gülnar Hussain deyir ki, 5 aylıq hamiləykən əri onu tərk edib və ölkəsinə qayıdıb. İndi o kirayə pulunu ödəyə bilmədiyi üçün uşağı ilə küçədə qalmaqdan qorxur. Gülnar Hüssain Sumqayıtda keçmiş sanatoriya binasında kirayə qalır. Binada hamam-tualetin, su qovuşaqlarının ümumi olması, otaqlarda mətbəxin olmaması anti-sanitariya vəziyyəti yaradıb. Amma Gülnar Hüssain deyir ki, bu evdə də qalmağa pulu yoxdur.

Hüquqşünas Səməd Rəhimli məsələ ilə bağlı bildirib ki, xarici vətəndaşdan aliment alınması prosesi uzun olsa da, mümkünsüz deyil. Sumqayıt Şəhər İcra Hakimiyyəti Meydan TV-nin Gülnar Hüssainin şikayətinə niyə baxılmadığı ilə bağlı sualını cavabsız qoyub. Gülnar Hüssain ümid edir ki, qarlı qış günü gələnə qədər əri geri qayıdacaq, ya da dövlət öz vətəndaşının küçədə qalmasına göz yummayacaq.

Ana səhifəVideoPakistanlı ərindən ayrılan qadın kömək istəyir