Yevlaxda Sosial Müdafiə Fondunun binasında özünü yandıran III qrup əlil Nizami Kərimov bu gün Bakıya gətirilib. 5 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nizami Kərimovun vəziyyəti ağırdır. O III ağırlıq dərəcəli termiki yanıqla xəstəxanaya qəbul olunub. N. Kərimovun dəri səthinin 60% yanıb.
Xatırladaq ki, Yanvarın 27-də səhər saatlarında Yevlax şəhər sakini Nizami Kərimov Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin qarşısında özünü yandırıb. İlkin məlumata görə buna səbəb, ona nəzərdə tutulmuş sosial yardım payının verilməməsi olub.