Özbəkistan prezidenti polis və hərbçilərə arıqlamağı tapşırıb

Türkmənistanda isə prezident Qurbanqulu Berdiməhəmmədov bütün nazirlər üçün fitness sessiyaları keçirir

Source: Meydan Tv


Türkmənistanda isə prezident Qurbanqulu Berdiməhəmmədov bütün nazirlər üçün fitness sessiyaları keçirir

Özbəkistan prezidenti polis və hərbi heyətin arıqlamasını tələb edib, – BBC xəbər verir.

Prezident Şövkət Mirzəyev martın 1-də ölkənin şərqindəki Namangan şəhərinə səfəri zamanı bu xəbərdarlığı edib, – yerli xəbər saytı "Daryo.uz" yazır.

Artıq çəkili polis məmurlarının və Müdafiə Nazirliyi işçilərini arıqlamağa çağıran prezident deyib: "Bizə çox kilolu zabit, ya da polis lazım deyil, bu vəziyyətdə o necə cinayətkarı tuta bilər?"

O, məmurlara idmanla məşğul olmağı təklif edib. "Üç-altı aylıq bir müddət təyin edəcəyik," – o deyib. Ancaq prezident Mirzəyev son tarixə uymayanların aqibətinin nə olacağını deməyib.

Bu xəbər ölkədə bəzi “Facebook” istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Bir qadın yazıb: "Onlar kilo verməkdənsə, istefaya getsinlər".

Başqa bir kişi əlavə edib: "Ən asan yol onlara çay evlərinə, kafelərə və restoranlara getməyi üçillik qadağan etməkdir".

Prezidentin şərhlərini dəstəkləyən bir istifadəçi deyib:

"Dövlət qulluqçuları, siz artıq çəki itirməli, təkəbbürlük və hiyləgərliyi atmalısınız, sonrasında işiniz daha asan və daha maraqlı olacaq".

Özbəkistanın milli xəbər agentliyi "UzA" -nın xəbərinə əsasən, Özbəkistanın əhalisinin yarısı artıq çəkilidir.

“UzA” Özbəkistanın Səhiyyə Nazirliyinə istinadən bildirir ki, özbəklərin həddindən artıq çəkisi onların oturaq həyat tərzləri və qeyri-sağlam qidalanmaları ilə bağlıdır: "Əhalinin 46 faizi qandakı xolesterol səviyyəsinin yüksək olmasından, 31 faizi isə yüksək təzyiqdən əziyyət çəkir".

Özbəkistan prezidentinin dövlət qulluqçularının bel ölçüsüylə bağlı narahatlığı qonşu Türkmənistanda prezident Qurbanqulu Berdiməhəmmədovun bütün nazirlər üçün fitness sessiyaları keçirməsinə səbəb olub.

Tacikistan daxili işlər naziri Ramazon Rəhimzadə də 2017-ci ildə tabeliyində olan məmurları çəki itirməyə çağırmışdı. Tacikistanlı bəzi polis məmurları çəki tələblərinə uyğun gəlmədikləri üçün işlərini itirmişdilər.

Ana səhifəDünyaÖzbəkistan prezidenti polis və hərbçilərə arıqlamağı tapşırıb