Ötən il ÜDM istehsalı 3,8 faiz azalıb

Azərbaycan iqtisadiyyatı kiçilib

Source:


Azərbaycan iqtisadiyyatı kiçilib

“2016-cı ildə ölkədə 59 mlrd. 987,7 mln. manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, 2015-ci illə müqayisdə 3,8 faiz azdır”, – Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

ÜDM-in əhalinin hər nəfərinə düşən dəyəri 6 mlrd. 223,8 manat olub.

Azalmaya səbəb tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz enməsidir.

İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artıb.

2016-cı il sənayedə 22 mlrd. 434,5 mln. manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 mlrd.

152,2 mln. manatlıq, tikintidə 6 mlrd. 4,4 mln. manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 mlrd. 102,4 mln. manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 mlrd. 369,6 mln. manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 mlrd. 436,3 mln. manatlıq, informasiya və rabitə sahələrində 1 mlrd. 60,2 mln. manatlıq əlavə dəyər yaradılıb.

ÜDM-in 10 mlrd. 836,9 mln. manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4 mlrd. 591,2 mln. manat təşkil edib.

2016-cı ildə ümumi daxili məhsulun 39 mlrd. 403,1 mln. manatı, yəni 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3 faizi (20 mlrd. 584,6 mln. manatı) isə neft-qaz sektorunun payına düşüb.

Ana səhifəXəbərlərÖtən il ÜDM istehsalı 3,8 faiz azalıb