Ötən il AFFA-ya 23 milyon manat ayrılıb

Rövnəq Abdullayev: ””Səbail” Premyer Liqaya vəsiqə qazanan kimi oğlum istefaya gedəcək”

Source:


Rövnəq Abdullayev: ””Səbail” Premyer Liqaya vəsiqə qazanan kimi oğlum istefaya gedəcək”

Martın 15-də AFFA hesabat konfransı keçirib. Tədbirdə federasiyanın illik gəlir və xərcləri açıqlanıb. Hesabatda göstərilir ki, ötən il AFFA-ya 23 971 739 manat vəsait verilib. Bunun 11 189 490 manatı SOCAR-dan daxil olub. Bundan başqa, əldə olunan gəlir belədir:


3 540 167 – əsas milli komandanın oyunlarının yayım hüququndan;


3 186 514 – UEFA-dan;


2 224 685 – “AzərİdmanServis”dən;


916 800 – “EURO-2020”-dən;


894 463 – “Bakcell”-dən;


 732 594 – FİFA-dan;


 201 172 – “Coca-Cola”-dan;


177 000 – “Paşa Sığorta”-dan;


118 000 – “Boulvard Hotel”-dən.


Hesabatda 778 854 manat dig

ər gəlirlər kimi göstərilib.

Xərclərə gəlincə, ötən il bu, 19 592 502 manat təşkil edib. Ən çox vəsait milli komandalara xərclənib – 8 263 473 manat.

Əmək və ezamiyyə xərclərinə 3 132 000 manat, uşaq və gənclər futbolunun inkişafına 2 115 780 manat, hakimlər və hakim-inspektorlara 1 531 782 manat xərclənib.

Federasiya Media Komitəsi üçün 88 673 manat xərcləyib.

“Çində oyuna pul qoyuluşu edilib”

Hesabat təqdim olunduqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

“Komanda.az” saytının məlumatına görə, R.Abdullayev Azərbaycanın futbol üzrə 1-ci divizionunda danışılmış oyunlarla bağlı jurnalistlərə açıqlama verib.

AFFA prezidenti 1-ci divizionun oyunlarına Çində pul qoyuluşu olduğunu bildirib:

“Bilirsiz, əvvəl bu məsələləri sübut etmək çətin idi. Ancaq indi UEFA-da elə qurum var ki, hətta “Göyəzən”lə “Şahdağ”ın oyununun videoçəkilişinə kimi təqdim edirlər. Çində bu komandaların oyununa hansı, neçənci dəqiqədə pul qoyuluşu edildiyini təqdim edirlər. Heç ağlıma da gəlməzdi ki, Çində “Göyəzən”lə “Şərurspor”un oyununa pul qoyuluşu edilsin.

Bilirsiz, adi gözlə bunu müəyyənləşdirmək olmur. Ancaq həmin matçlara nə qədər pul qoyulduğuna baxdıqda, bəzi şeylər daha çox aydınlaşır”.

Rövnəq Abdullayev foto sosial şəbəkə

Jurnalistlərin bu yöndə suallarını cavablandıran R.Abdullayev deyib ki, İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı mühüm məsələlər müzakirə edilib:

“UEFA-da bu cür oyunları izləyən böyük qurum yaradılıb. Premyer Liqayla bağlı heç bir şübhə olmayıb. Həmin qurumdan birinci divizionla bağlı müraciət edilib. Sabah artıq bu barədə radikal qərarlar qəbul edəcəyik. Bu, Azərbaycan Respublikasının qanunlarına görə cinayətdi. Həmin insanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu gün bir neçə fakta baxdıq. Doğrudan, biabırçılıqdı. Mənə çox pis təsir etdi”.



Rövnəq Abdullayev oğlundan danışıb

R.Abdullayev oğlu Rəşad Abdullayevin 1-ci divizionda çıxış edən “Səbail” klubunun Müşahidə Şurasının sədri olmasına da münasibət bildirib.

AFFA prezidenti “Oğlunuz Rəşad Abdullayev “Səbail”in Müşahidə Şurasının sədridi. Klub Premyer Liqaya vəsiqə qazanacağı halda onun bu vəzifədə qalması söz-söhbətə səbəb olmayacaq” sualına belə cavab verib:

“Gəlin, bu məsələyə son qoyaq. O da futbol azarkeşidi. Mən özüm qəsdən onu bu işə cəlb etdim ki, sevdiyi işlə məşğul olsun. Sevərək çalışır. “Səbail” Premyer Liqaya vəsiqə qazanan kimi o istefaya gedəcək. Mən burda ola-ola, o, klub rəhbəri ola bilməz. Bu, ictimai vəzifədi. Konfliktə səbəb ola bilər”.

“SOCAR elə dövlətdir də”

Jurnalistlərin “Qarşıdan İslam Həmyərliyi Oyunları gəlir. Orda çıxış edəcək komandaya həvəsləndirici mükafat vəd olunacaq? Komandadan hansı nəticə tələb olunacaq?” – suallarına  Rövnəq Abdullayev belə cavab verib:

“Niyə həmişə işin maliyyə tərəfinə baxırıq? Bundan öncə milli qürur məsələsi var. Oyunçular özlərini yaxşı tərəfdən göstərmək üçün mübarizə aparmalıdılar. Komandanın qarşısına heç bir tələb qoyulmayıb. Tələbimiz yalnız yaxşı oyun nümayiş etdirməkdi”.

“Klubların maliyyələşməsində bütün yük SOCAR-ın üzərinə düşür. Düşünmürsüz ki, bu məsədə dövlətin köməyi lazımdı?” suallarını isə AFFA rəhbəri belə cavablandırıb:

“SOCAR elə dövlətdir də. Məsələ o deyil, yavaş-yavaş futbola bu oyunu əsl sevənlər gəlir. Bir var, iş adamı özünü göstərmək üçün gəlir, bir də var futbolu sevən insanlar. Cənab prezident futbolun inkişafını SOCAR-a təhvil verib. Biz də bunun üçün çalışırıq”.

Ana səhifəXəbərlərÖtən il AFFA-ya 23 milyon manat ayrılıb