Ötən il 8 hakim cəzalandırılıb

Üç hakim barəsində intizam icraatı hazırda araşdırılır

Source:

Üç hakim barəsində intizam icraatı hazırda araşdırılır

“Uğurların əldə olunması ilə yanaşı nöqsanlar da mövcuddur. Məhkəmələrdə bəzi hakimlər tərəfindən insan haqlarının kobud pozulması, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələrin yaradılması, sənədlərin keyfiyyətsiz, bəzən də formal tətbiq olunması qanunvericiliyin tələblərinə zidd olaraq tərəflərlə qeyri-prossesual münasibətlərə, tərəflərin çəkişmə prinsipinin pozulması hallarına yol verir”.

APA-nın xəbərinə görə, bunu Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov deyib.

O bildirib ki, 2015-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə hakimlər barəsində qaldırılmış intizam icraatının araşdırılması nəticəsində 8 hakimə töhmət verilib, 2 hakimə irad tutulub, 1 hakimin iş yeri dəyişdirilib. Üç hakim barəsində isə intizam icraatı hazırda araşdırılır.

Ə. Cəfərov qeyd edib ki, mütəmadi olaraq məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə iş aparılır: “Nəticədə insanların məhkəməyə çatımlıq imkanı genişlənir, nöqsanların qarşısı ümumən alınır. İldən-ilə məhkəmələrə inam artır”.

Ana səhifəXəbərlərÖtən il 8 hakim cəzalandırılıb