Orxan Eyyubzadə azadlıqda (VİDEO)


“Hər kəsə azadlıq arzulayıram”

Martın 18-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlıqa çıxanlar arasında “Nida” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.

Martın 19-da azadlığa çıxan gənc fəalın ilk təəssüratlarında həbsin onu dəyişməyəcəyini də deyib.

Azadlığa çıxdıqdan sonra birbaşa evinə gedən Orxan Eyyubzadə onu ziyarətə gələn yaxınları ilə görüşüb.

 Valideynləri onun azadlığa çıxmasının  onlar üçün ikiqat bayram olduğunu deyirlər.

 Orxan Eyyubzadə 2014-cü ildə NİDA-çı gənclərə oxunan hökmə etiraz olaraq mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında keçirilmiş aksiya zamanı saxlanılmışdı. 20 sutka inzibati həbs cəzası almasına və mayın 26-da azadlığa çıxmalı olmasına baxmayaraq, onun barəsində 315.1 maddəylə (hakimiyyət nümayəndəsinə müqavim ət göstərmə) cinayət işi açılmışdı. İki illik həbs cəzası alan Orxan Eyyubzadə cəzasının 10 ayını çəkmişdi.

Ana səhifəVideoOrxan Eyyubzadə azadlıqda (VİDEO)