Ordumuzun zabiti şəhid olub

Silahlı Qüvvələrimizin zabiti, leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Source:

Yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti, leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Səbuhi  Əzizov Şirvan şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.

2014-cü ildə həlak olan hərbçi sayı 7 nəfər, 10 nəfər isə yaralanıb.

Ana səhifəXəbərlərOrdumuzun zabiti şəhid olub