Ordumuzun əsgəri şəhid olub

Hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

Source:

Yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfin açdığı atəş nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

“Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüləcək.”

Ana səhifəXəbərlərOrdumuzun əsgəri şəhid olub