Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
2015-ci il təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişən itki sayı 72 nəfər oldu.