Oqtay Əsədov Ukraynanın cənub-şərqində separatizmi dəstəkləyir?

“Biz Ukraynanın cənub-şərqində vəziyyəti müşahidə edirik, Rusiyanın ümidlərini başa düşürük” deyə Əsədov Dövlət Dumasının spikeri Sergey Narışkinə söyləyib

Source:


“Biz Ukraynan


ı


n c


ə


nub-


şə


rqind


ə


v


ə


ziyy


ə


ti m


üş


ahid


ə


edirik, Rusiyan


ı


n


ü


midl


ə


rini ba


ş


a d


üşü


r


ü


k” dey


ə Əsədov


D


ö


vl


ə


t Dumas


ı


n


ı


n spikeri Sergey Nar


ış


kin


ə söyləyib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Ukrayna məsələsində RF nümayəndə heyətinə dəstək vəd edib, xəbəri İTAR-TASS yayıb.

“Biz Ukraynanın cənub-şərqində vəziyyəti müşahidə edirik, Rusiyanın ümidlərini başa düşürük, bütün bunları görürük. Hesab edirəm ki, ATƏT-in strateji tərəfdaşı olaraq biz də eyni platformadan çıxış edəcəyik”, deyə o, Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşdə bildirib.

Oqtay Əsədov deyib: “Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxıb. Böyük məmnuniyyətlə sizi ATƏT-in sessiyasında gözləyəcəyik. Ümid edirəm ki, Azərbaycan tərəfi də, Rusiya tərəfi də eyni platformadan çıxış edəcəklər”.

Öz növbəsində Narışkin qeyd edib ki, Rusiya Azərbaycan və RF arasında strateji tərəfdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində maraqlıdır.

“Əminəm ki, parlamentarilər də buna öz töhfələrini verə bilərlər. Bizim bunun üçün bütün imkanlarımız və parlamentlərarası qarşılıqlı fəaliyyət alətlərimiz var”, deyə o fikrini tamamlayıb.

ATƏT PA-nın sessiyası iyunun sonlarında Bakıda keçiriləcək, Rusiya nümayəndə heyətinə Sergey Narışkin rəhbərlik edəcək.

Ana səhifəXəbərlərOqtay Əsədov Ukraynanın cənub-şərqində separatizmi dəstəkləyir?