Oqtay Əsədov: ” Əfv olacaq”

31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı əfv sərəncamı imzalanacaq

Source:

31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı əfv sərəncamı imzalanacaq. APA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov 18 dekabrda keçirilən Milli Məclisin iclasında deyib.

Spiker qeyd edib ki, Azərbaycan prezidenti bu kimi sərəncamları mütəmadi imzalayır, ilin sonunda da əfv sərəncamının imzalanması gözlənilir.

Bir neçə gün öncə İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Novella Cəfəroğlu əfv siyahısında Tofiq Yaqublu, İntiqam Əliyev, İlqar Məmmədov, Pərviz Həşimli və NİDA-çıların , o cümlədən Sirac Kərimov, Fərəc Kərimov və bir çox məhbusların da adının yer alacağına çox ümidli olduğunu bildirib.

Ana səhifəXəbərlərOqtay Əsədov: ” Əfv olacaq”