”Onun oğlunu öldürənlər həkimlər idi” (VİDEO)

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Elşən İsmayılov 13 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Samir Mustafayev və Kənan Mədətov 9 il azadlıqdan məhrum ediliblər.

Məhkum olunan şəxslərin valideynləri qərara etiraz ediblər. Samir Mustafayev və Kənan Mədətovun yaxınları ölkə vətəndaşlığından imtina etmək istədiklərini bildiriblər:

“Hansısa günahsız bir şəxs, hansısa jurnalistə əl verib, onu ölümdən qurtarır, qaçmağına şərait yaradırsa və bundan sonra 9 il iş alırsa, bu haqsızlıqdır. Şəxsən mən Azərbaycandan imtina edəcəm. Mən bir Azərbaycan vətəndaşı kimi, Samir Mustafayev qardaşı olaraq, Azərbaycan vətəndaşlığından imtina edəcəm. Özüm müharibədə erməni ilə üzbəüz döyüşmüşəm. Nahaq getmişəm, getməzdim gərək”.

“Əgər bir işi prezident öz nəzarətinə götürürsə, bu qədər ədalətsizliyə yol verilirsə, mən artıq bu dövlətdə yaşamaq istəmirəm. Kameralardan da  görünür ki, Samir onları  ayırır. Necə ona 126.3 maddəsi qoyula bilər? Ölənin özünə rəhmət oxuyuram, amma anası vicdanı qarşısında fikirləşsin ki, 5 ailəni ağlar qoydu. Onun oğlunu öldürən həkimlər idi. Özü ifadəsində də bildirmişdi ki, oğlumun qarnında əməliyyat yeri görmədim. Eybi yox, ən böyük ədalətli hakim Allahdır. Qoy gedib  Allahı qarşısında cavab versin”.

Valideynlər Prezident Administriyasiyasına qəbula gedəcəklərini deyiblər.

Ana səhifəVideo”Onun oğlunu öldürənlər həkimlər idi” (VİDEO)