”Onu tutanda elə bilirdilər Ofşor zonalarda külli miqdarda pulu var”

İşadamı Çingiz Cəlilov ev dustaqlığına buraxılmadı

Source:
Çudo Peçka
Çudo Peçka
Çudo Peçka
Çudo Peçka


İşadamı Çingiz Cəlilov ev dustaqlığına buraxılmadı

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Sonra Ç.Cəlilovun vəkili Jana Bağırova həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. Bildirib ki, ittihamar əsassızdır və həbs edilməklə müdafiə etdiyi şəxsin təqsirsizlik prezumpsiyası pozulub:

“Onu tutanda elə bilirdilər Ofşor zonalarda külli miqdarda pulu var. Kürdəxanıda 14 nəfərlik kameraya salmışdılar. Dedilər, yəqin həbsdə dözməz. Sonradan gördülər ki, heç nəyi yoxdur” .

Müşavirədən sonra qərar elan edilib. Qərara görə, vəsatət təmin edilməyib. Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin edilib.

Vəkil Jana Bağırova jurnalistlərə açıqlamasında bildirib ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Ç.Cəlilov və onun ailə üzvlərinə məxsus, ümumi dəyəri 7 milyon 300 min manat olan əmlaklara həbs qoyulub.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan əlbir ol

ub

. Onlar həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan, depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti ələ keçiriblər. Belə ki, bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub. Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlər”Onu tutanda elə bilirdilər Ofşor zonalarda külli miqdarda pulu var”