”Çudo Peçka”nın sahibi həbs olunub (yenilənib)

Çingiz Cəlilov külli miqdarda mənimsəmədə ittiham olunur

Source:


***


17.30.


“Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç beynəlxalq axtarışa verilib.


S.Kriman ölkədə olmadığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması haqda İnterpola müraciət olunub.


Hazırda S. Krimanın saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya S. Krimanın beynəlxalq axtarışda olması faktını təsdiqləyib.


Xidmət rəhbəri bildirib ki, S. Kriman istintaqdan qaçıb gizləndiyi üçün onun barəsində axtarış elan olunub.

***


Çingiz Cəlilov külli miqdarda mənimsəmədə ittiham olunur

Baş Prokurorluq “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Səlim Kriman Eldaroviç haqda məlumat yayıb.

Məlumatda qeyd olunub ki, istintaq-əməliyyat tədbirləri nəticəsində Çingiz Cəlilov Səlim Krimanla qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndiriblər:

“Onlar yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb”.

RP bildirir ki, Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yayılan məlumata təqsirləndirilən şəxslərin yaxınlarının mövqeyini öyrənmək mümkün olmayıb.

Bir müddət əvvəl “Çudo Peçka” mağazalar şəbəkəsinin işçiləri məvaciblərinin verilməməsi tələbi ilə aksiya keçirmişdilər.

Ana səhifəXəbərlər”Çudo Peçka”nın sahibi həbs olunub (yenilənib)