Bu gün Qarakənd faciəsinin qurbanları yad edilib. Anım mərasimində dövlət katibi Tofiq İsmayılovun ailəsi də iştirak edib. Mərasimə gələnlər qəbir üstünə əkili qoyublar. Faciədən 25 il ötür. Tofiq İsmayılovun qızı Səbinə İsmayılova hələ də atasının öldüyünə inanmadığını deyir. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Nəticədə Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatı Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eləcə də Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri həlak olub.
Kanala abunə ol – https://goo.gl/TcM9Fm