Ömər Məmmədovun şəkli Berlin metrosunda

Berlin metrosunda bütün günü blogger Ömər Məmmədovun şəkli göstəriləcək

Source:

Bu gün Berlin metrosunun vaqonlarında quraşdırılmış monitorlarda bütün günü şərlənərək həbs edilmiş blogger Ömər Məmmədovun şəkli və onun həbsi barədə informasiya göstəriləcək. Re:publica 14 dərgisinin əsas manşeti olan bu xəbər gün ərizində təkrar-təkrar monitorlarda yayımlanacaq. Foto ilə bərabər bloggerin fəaliyyəti və həbsi ilə də bağlı informasiya ekranda olacaq:

Susdurulmuş səslər – Ömər Məmmədov [Azərbaycan]

Onun barəsində narkotik vasitə saxlama ittihamı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib: 19 yaşındakı azərbaycanlı blogger Ömər Məmmədov yanvar ayında həbs olunub və indiyə kimi məhkəmənin nəticəsini gözləyir. Aktivist Azərbaycanda siyasətçilərlə bağlı tənqidi blog yazmaqla məşğuldur. O Axın Gənclər Hərəkatını qurub və Vətəndaş Həçrəyliyi Partiyasının üzvüdür. Məmmədovun siyasi səbəblərdən dolayı həbs edildiyi iddia edilir.”

Mətnin originalı:

Forbidden Voices – Omar Mammadov [AZ]

Ihm drohen drei Jahre Haft wegen angeblichen Drogenschmuggels: Der 19-jährige aserbeidschanische Blogger Omar Mammadov aus Baku wurde im Januar festgenommen und wartet seitdem auf seine Verhandlung. Der Aktivist ist bekannt für kritische Blogbeiträge über Politiker in Aserbaidschan. Er gründete die Axin-Jugendbewegung und ist Mitglied der Civic Solidarity Party (VHP). Freude von Mammadov vermuten politische Gründe für seine Festnahme.

Qeyd edək ki, Ömər Məmmədov barədə xəbər hər 10 dəqiqədən bir təkrarlanır və bunu gün ərizində on minlərlə insan görəcək.

Ana səhifəXəbərlərÖmər Məmmədovun şəkli Berlin metrosunda