Ömər Məmmədov prezidentə və VHP rəhbərliyinə müraciət etdi

“Gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz”

Source:


“Gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz”

3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov ölkə Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb. Bu barədə məlumatı Pentisiar Xidmətin saytı yayıb. Saytda Ömər Məmmədovun müraciəti də yer alıb. Meydan TV müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırır.



“Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə




Ədliyyə Nazirliyi Penitensiar Xidmətin

3 saylı istintaq təcridxanasında saxlanılan

təqsirləndirilən şəxs Ömər Elyar oğlu Məmmədov tərəfindən

(maddə 234.4.3, cəza müddəti 5il)




Ərizə




Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!!!

Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz.

Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm.

08.10.2014-cü il

Məmmədov Ömər Elyar oğlu”



“Azərbaycan Respublikasının Mətbuat Şurasına

Surəti: Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlıya

3 saylı istintaq təcridxanasında saxlanılan

təqsirləndirilən şəxs Ömər Elyar oğlu Məmmədov tərəfindən

Müraciət

Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız.

Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq edirəm.

Ömər Məmmədov Elyar oğlu

08.10.2014-cü il”

Ana səhifəXəbərlərÖmər Məmmədov prezidentə və VHP rəhbərliyinə müraciət etdi