Ölmüş adamın evinə seçki qutusu gətirilib

Məlumatı Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı yayıb

Source:
Müsavat Partiyası Divanı foto sosial şəbəkə


Məlumatı Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı yayıb

71 saylı Masallı kənd seçki dairəsinin 12, 13, 18, 19, 20 və 36 saylı seçki məntəqələrində olan seçicilərin verdiyi məlumata görə, bu məntəqələrdə seçici aktivliyi yox dərəcəsindədir. Büdcə təşkilatı işçilərinin seçki məntəqələrinə azsayda gəlmələri müşahidə olunur. Bir neçə seçki məntəqəsində həvəskar kameralar saxtakarlıq faktlarını çəkiblər. Hazırda bu seçki məntəqələrində səsvermədə iştirak edənlərin sayının seçici siyahılarında adları olan seçicilərin 4-5 faizdən yuxarı olmadığı aydın görünür.

Məlumatı Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı yayıb.

Yasamal rayonunun sakini Yalçın Abbaslının qərargaha verdiyi məlumata görə, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin ərazisində yerləşən məntəqə seçki komissiyalarından birinin üzvləri onların mənzilinə gələrək, 4 il bundan əvvəl vəfat etmiş anasının guya məntəqə seçki komissiyasına ərizə ilə müraciət edərək mənzilində daşınan seçki qutusu ilə səs vermək istəməsi bildirilib.

15 saylı Yasamal Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsindən seçicinin verdiyi məlumata görə, 20 nəfərə qədər Azərbaycan və rus dilindən fərqli olan başqa dildə danışan bir dəstə 40 dəqiqə fasilə ilə 2 dəfə seçki məntəqəsinə gələrək, seçki bülletenləri götürüb və səsvermədə iştirak ediblər.

30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 23 saylı seçki məntəqəsindən Fəzli Mehdiyevin qərargaha verdiyi məlumata görə, seçicilərin siyahısı olan hər vərəqdə 3-4 seçicinin imzası olmasına baxmayaraq, seçki qutuları ağzınadək doludur. F.Mehdiyevin gözünün qarşısında kapitan rütbəli polis işçisinə 4 seçki bülleteni verilib və o da seçki bülletenləri alaraq seçki qutusuna salıb. F.Mehdiyev seçki siyahılarında imzaların az olduğu halda seçki qutusunun dolu olmasının səbəbi ilə maraqlandıqda, o, məntəqə seçki komissiyasının üzvü olan qadınlar tərəfindən polis çağırılacağı ilə hədələnib.

Ana səhifəXəbərlərÖlmüş adamın evinə seçki qutusu gətirilib