Yaxınları Ramazan Sultaliyevin infarktdan öldüyünə inanmır
Avqustun 16-da vəfat edən neftçıxarma operatoru Ramazan Əlibəy oğlu Sultaliyevin ailəsi onun infarktdan öldüyünə inanmır.
Hadisə "Azneft" İstehsalat Birliyinin Nərimanov adına NQÇİ-də baş verib. Mərhumun yaxınlarının sözlərinə görə, idarə rəhbərliyi ailə üzvülərinə Ramazan Sultaliyevin iş yerində infarktdan öldüyünü deyib. Operatorun övladları isə buna şübhə ilə yanaşır. Onlar öz şübhələrini, atalarının bədənində olan qançırlara, kəsintiyə, bu faktları təsdiq edən şəkillərə, bir neçə gün əvvəl ataları ilə olan telefon bağlantısına, idarədən onlara verilən fərqli məlumatlara istinad edirlər. Atalarının iş yerində hansı səbəbdən öldüyünü dəqiqləşdirmək üçün Ramazan Sultaliyevin övladları hüquq -mühafizə orqanlarına şikayət hazırlayırlar. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da Meydan TV-yə deyib ki, Ramazan Sultaliyevin ailəsi ölüm faktı ilə bağlı şübhələrin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək.
SOCAR-dan məlumatı araşdıracaqlarını deyiblər.