Ölən əsgərin atası aksiya keçirdi (VİDEO)

Müəmmalı şəkildə qətlə yetirilən əsgər Orxan Alıyevin ailəsi Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Ailə Prezident Administrasiyasında görüş keçirmək istəyərkən mühafizəçilərin müqaviməti ilə üzləşib.

Nəhayət,Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Fuad Ələsgərov əsgər atası Şirazi Alıyevi qəbul edib.

Şirazi Alıyevin dediyinə görə, Hərbi Prokurorluğa getsələr də, prokuror Xanlar Vəliyev onları qəbul etməkdən imtina edib. Ailə hərbi prokurorun müavini Səfayət İmranovla görüşə bilib. Görüşdə heç bir maddi sübut qəbul edilməyib və qərarın qətiliyi vurğulanıb. Əsgər atasının sözlərinə görə, Səfayət İmranov gedin şikayətinizi yuxarılara bildirin deyərək görüşü bitirib.

Ana səhifəVideoÖlən əsgərin atası aksiya keçirdi (VİDEO)