Öldüyü bildirilən Abbas Hüseyn ağır yaralıdır (Yenilənib)

Əhali İmam Hüseyn meydanına toplaşıb

Source:


Əhali İmam Hüseyn meydanına toplaşıb

Noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat nəticəsində ağır yaralananlardan biri də kənd sakini Abbas Hüseyndir. Hadisə ilk baş verən anlarda Nardaran sakinləri onun da öldürüldüyü haqda məlumatlar verdilər. Lakin Meydan TV araşdırma apararaq, Abbas Hüseyninin sağ olduğunu dəqiqləşdirib. Onun hazırda ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində olduğu deyilir. Abbas Hüseynin Hacı Tale Bağırzadənin tərəfdarlarından olduğu bildirilir.

Hazırda Nardaranda olan jurnalistlərin Meydan TV-yə verdiyi məlumata görə, əhali İmam Hüseyn meydanına toplaşıb. Gərginlikdir. Hər an qarşıdurma gözlənilə bilər.

Tale Bağırzadə və digərlərini həbsinə etiraz edərək, Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan dindarlar isə ərazidən uzaqlaşdırılıb. Hadırda idarənin qarşısı polis maşınları ilə əhatə olunub və əraziyə heç kim buraxılmır.

Ana səhifəXəbərlərÖldüyü bildirilən Abbas Hüseyn ağır yaralıdır (Yenilənib)